"Yuventus" fransalını satmağı planlaşdırır

22:37 - 30 İyun 2023

"Yuventus" Pol Poqbanı satmağı planlaşdırır.

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi fransalının zədələnmək ehtimalının yüksək olmasından narahatdır.

2022/2023 mövsümündə Poqba "Yuventus"un heyətində cəmi 10 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun son illərdə tez-tez zədələnməsi rəhbərliyi qəti qərarlar verməyə məcbur edib. "Qoca sinyora" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər olan təcrübəli futbolçunun başqa komandaya satılması gözlənilir.

Başa çatan mövsümdə 62 xal toplamış turinlilər A seriyasını 7-ci pillədə başa vurub və 2023/2024 mövsümündə Konfrans Liqasında iştirak etmək hüququ qazanıb. Mövsümün gedişində "Yuventus"un aktivindən on xal silinib.

Xəbər xətti