İtaliyanın "İnter" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki. A Seriyası təmsilçisi Milan Şkrinyarla yollarını ayırıb. Bu barədə klubun mətbuat xitməti məlumat yayıb. Slovakiyalı mərkəz müdafiəçisinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Azad agent statusunda olan 28 yaşlı arxa xıtt oyunçusu PSJ-yə keçəcək.
Qeyd edək ki, "İnter" Milan Şkrinyarı 2017-ci ilin yayında "Sampdoriya"dan transfer etmişdi. Slovakiya millisinin üzvü son mövsümdə "göy-qaralar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi