İtaliyanın "Roma" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Stefan El Şaaravinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı vinger 2025-ci ilin yayına kimi komandada qalacaq.
Qeyd edək ki, "Roma" Stefan El Şaaravini 2021-ci ilin yayında "Şanxay Şenxua"dan transfer edib. İtaliyalı ön xətt oyunçusu son mövsümdə komandanın heyətində meydana çıxdığı 42 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi