"Yuventus" sabiq futbolçusu üçün təklif irəli sürdü

13:13 - 3 İyul 2023

"Yuventus" heyətini İtaliya millisinin üzvü ilə gücləndirmək istəyir. 

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qoca sinyora" "Sassuola"nın üzvü Domeniko Berardi üçün hərəkətə keçib.

Turin klubunun məşqçilər korpusu adıçəkilən futbolçunun komandanı tərk edən Anxel Di Mariyanın boşluğunu dolduracağını düşünür.

Berardinin komandası onun transferindən 30 milyon avro qazanmaq istəyir. 28 yaşlı futbolçu 2013-cü ildə “Sassuola”dan “Yuventus”a transfer olmuşdu. Amma orada bir rəsmi görüşdə də meydana çıxmadan yenidən “Sassuola”ya qayıtmışdı.

Domenikonun müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.
 

Xəbər xətti