"Milan" "Latsio"nun hücumçusunun keçidini həll etdi

13:49 - 3 İyul 2023

"Milan" növbəti transferə hazırlaşır. 

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" Luka Romeronu keçidə razı sala bilib.

18 yaşlı vinger yeni klubuna azad agent kimi keçəcək. "Milan" Romero ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

Futbolçunun klubla müqaviləsi 4 illik nəzərdə tutulub. Meksikada dünyaya gələn argentinalı "Malyorka" yetirməsidir. O, 2021-ci ildə “Latsio”ya keçmişdi.
 

Xəbər xətti