"Arsenal"ın sabiq üzvü İtaliyada oynayacaq

16:18 - 3 İyul 2023

Bosniya və Herseqovina millisinin müdafiəçisi Sead Kolaşinaç karyerasını İtaliyada davam etdirəcək.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Atalanta” ilə rəsmi müqavilə imzalamağa yaxındır.

O, Berqamo klubuna azad agent kimi keçəcək. İtaliya təmsilçisi onunla 3+1 müqavilə imzalayacaq. Sead “Şalke”, “Arsenal” klublarında oynadıqdan sonra 2022-ci ildə “Marsel”ə keçmişdi.
 

Xəbər xətti