"Çelsi"dən "Milan"a

20:31 - 4 İyul 2023

"Milan" "Çelsi"nin futbolçusu Kristian Puluşiç üçün hərəkətə keçib.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, "rossonyerlər" ABŞ millisinin üzvü üçün qarşı tərəfə rəsmi təklif göndərib.

İtaliya klubu Pulişiç üçün 14 milyon avro təklif edib. Amma "zadəganlar" amerikalını ən azı 20 milyon avroya buraxa biləcəklərini qarşı tərəfə bildiriblər. Futbolçu özü isə "Milan"la şəxsi müqavilə barəsində razılığa gəlib.

Xəbər xətti