"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Yaya Ture "şəhərlilər"in rəsmilərindən Sadio Mane ilə müqavilə imzalamağı xahiş etdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, "BBC"ə danışan afrikalı veteran futbolçu seneqallı barədə xoş fikirlər səsləndirib:
"Mən həmişə onunla birlikdə oynamaq istəyirdim. "Mançester Siti"də olduğum dövrdə Mane "Sauthempton"un formasını geyinirdi. Onun performansını yüksək qiymətləndirdim və rəhbərlikdəki bəzi şəxslərdən seneqallını komandaya gətirmələrini xahiş etmişdim. Amma alınmadı. Sonradan Yurgen Klopp onu öz komandasına götürdü və "Liverpul"da nələr etdiyini gördünüz. Onu futbolçu kimi bəyənirəm, hər şeyi idarə edir, ölkəsindəki insanlara verdiyi dəstək inanılmazdır. Bəzən mediada onun haqqında oxuyanda "dəli" oluram. Jurnalistlər ondan soruşurlar: "Niyə sizin Ferrari və başqa bir avtomobiliniz yoxdur?". Mane həmişə deyir ki, mənə "Ferrari" lazım deyil, adi maşına üstünlük verirəm". Onun vətənində xeyriyyə işlərini necə apardığını görürük. O, hamı üçün böyük nümunədir".
saytlarin hazirlanmasi