"Son 10-15 il ərzində "Çelsi" ölkənin ən yaxşı komandası olub"

19:35 - 4 İyul 2023

"Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettino klubda işə başlaması ilə bağlı təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan argentinalı mütəxəssis bunları deyib:

"Məncə, qələbə mədəniyyəti vacibdir. Son 10-15 il ərzində "Çelsi" ölkənin ən yaxşı komandası olub. Premyer Liqa və “Çelsi” mədəniyyətini çox yaxşı bilirəm. Düşünürəm ki, azarkeşlərimiz qələbə mədəniyyətinin geri qayıtdığını görəcəklər. Təbii ki, sevinirik. Daha oçx gənc komanda yaradacağıq. Bundan da xoşbəxtik. Amma hamımız anlayırıq və başa düşürük ki, çox çalışmalı və məşqdə çox yaxşı ab-hava yaratmalıyıq. Bu, bir neçə ilə komandaya uğur qazandıra bilər. Klub rəhbərliyi və idman direktoru layihəmizlə tanışdır. Onlar bunu bəyəndilər və işləməyə qərar verdik".

Xəbər xətti