"Napoli" tezliklə nigeriyalı hücumçusu Viktor Osimhenlə müqavilə müddətini uzada bilər.
Sportal.az “Football-İtalia”ya istinadən xəbər verir ki, futbolçunun agentlərinin klubla növbəti görüşündən sonra irəliləyiş əldə olunub.
Danışıqlar nəticəsində tərəflər futbolçunun maaşının artırılması və təzminat məbləği ilə bağlı kompromis əldə ediblər. Bu prossesdə iştirak edənlər Osimhenin "Napoli"də qalacağına şübhə etmir.
Osimhenin transferində ən çox maraqlı olan klubların heç biri Neapol təmsilçisinin tələb etdiyi 120 milyon avro məbləği ödəməyə hazır deyil. PSJ, "Bavariya" və "Mançester Yunayted" məhz buna görə transferdən vaz keçib.
saytlarin hazirlanmasi