İngiltərə millisinin üzvü "Mançester Yunayted"də

15:18 - 5 İyul 2023

İngiltərə millisinin üzvü Meyson Mount “Mançester Yunayted”ə keçib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Çelsi” ilə razılıq əldə etdikdən sonra Mountla rəsmi müqavilə imzalayıb.

“Çelsi” bu transferdən 75 milyon avro qazanıb.

O, London klubunda 195 oyun keçirib və 33 qol vurmuşdu.

Xəbər xətti