Millimiz Estoniya önünə çıxır

10:27 - 6 İyul 2023

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təşkil edilən dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Sportal.az xəbər verir ki, ilk oyunda Moldovaya 2:3 hesabı ilə məğlub olan Zeynal Zeynalovun rəhbərlik etdiyi kollektiv bu gün Estoniya ilə üz-üzə gələcək. 

Qarşılaşmaya 18:45-də start veriləcək. Millimizin yer aldığı digər qrupda isə İtaliya Moldovanı sınağa çəkəcək.

Xəbər xətti