İtaliyanın "İnter" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi Hakan Çalhanoğlunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin üzvü 2027-ci ilin yayına kimi komandada qalacaq.
Qeyd edək ki, Hakan Çalhanoğlu "İnter"ə 2021-ci ilin yayında "Milan"la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə keçmişdi. 29 yaşlı yarımmüdafiəçi son mövsümdə komandanın heyətində meydana çıxdığı 49 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi