"İnter" millinin üzvünün keçidini həll etdi - RƏSMİ

09:05 - 7 İyul 2023

"İnter" Davide Frattezi transferini rəsmən açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sassuolo"dan ayrılan yarımmüdafiəçi "nerazzura"ya keçib. 

Milan təmsilçisi 23 yaşlı italiyalını satınalma şərti ilə icarəyə götürüb.

Frattesi 2017-ci ildən "Sassuolo"da çıxış etmiş İtaliya millisinin üzvü 2024-cü ilə qədər "İnter"ə məxsus olacaq. Onun transfer qiyməti 25 milyon avrodur.

Xəbər xətti