"Atalanta" "Bayer"in müdafiəçisi Mitçel Bakkeri transfer etməyə hazırlaşır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, Berqamo klubu transferə görə qarşı tərəfə 10 milyon avro ödəyəcək. Futbolçu özü isə 4 illik müqaviləyə qol çəkəcək.
23 yaşlı müdafiəçinin tibbi müayinədən uğurla keçdiyi bildirilir. Transferin bu gün açıqlanacağı gözlənilir.
2022/2023 mövsümündə Bakker "Bayer”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb və dörd qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.Futbolçunun Leverkuzen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi idi. Niderlandlını "Atalanta" ilə yanaşı "Mançester Yunayted"in də transfer etmək istədiyi xəbərləri yayılmışdı.
23 yaşlı futbolçu “Ayaks”, PSJ klublarında oynayıb.
saytlarin hazirlanmasi