AFFA "Qarabağ"a keçidi alınmayan futbolçunu millimizə cəlb etmək istəyir

15:31 - 7 İyul 2023

AFFA Azərbaycan millisinə rusiyalı futbolçu cəlb etmək istəyir.

Sportal.az saytına verilən məlumata görə, ÇSKA-nın yetirməsi olan Fişenko milli komandamızın formasını geyinə bilər. Hazırda Rusiya birinci divizionunun iddialılarından olan "Rodina"nın futbolçusu olan Fişenkonun özünə də Azərbaycan millisində oynamaq maraqlıdır.

Mənbənin iddiasına görə, federasiya yarımmüdafiəçiyə müəyyən məbləğ də təklif edəcək. Yaxın vaxtlarda Ruslanın Azərbaycan millisinin formasını geyinib-geyinməyəcəyi dəqiqləşəcək.

Əlavə edək ki, Ruslanın atası azərbaycanlıdır, anası rusiyalıdır. ÇSKA-nın (Moskva) yetirməsi olan futbolçu 23 yaşlı futbolçu “Rostov”un əvəzedici heyətində də oynayıb. O, “Veles” və “Ufa”nın formasını geyindikdən sonra 2023-cü ildə “Rodina”ya keçib. Fişenko 2018-ci ildə Azərbyacanın U-19 yığmasına cəlb edilmişdi. Hətta “Qarabağ”a keçməyə yaxın olub. Amma son anda keçid baş tutmamışdı.

 

Xəbər xətti