Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Bernard Silvaya həftəlik 585 min avro maaş təklif edib.
Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, bu, portuqaliyalının hazırkı komandasında aldığından üç dəfə çoxdur.
Bu yay klubunu dəyişmək istəyində olduğu bildirilən portuqaliyalı yalnız Avropa klublarının təkliflərinə açıqdır. PSJ və "Bavariya"nın transfer siyahısında yer alan Bernardonun Səudiyyə Ərəbistanına yollanıb-yollanmayacağı hələ ki, dəqiq deyil.
"Mançester Siti" də yarımmüdafiəçini saxlamaq istəyir, lakin ərəblərin verdiyi məbləği təklif edə bilməyəcəklər. Ötən mövsüm Premyer Liqada 34 oyuna çıxan Silva 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi