İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi Vilyam Saliba ilə yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Topçular" fransalı mərkəz müdafiəçisinin gələn il başa çatmalı olan müqaviləsinin müddətini 2027-ci ilin yayına kimi uzadıb.
Qeyd edək ki, "Arsenal" Vilyam Salibanı 2019-cu ilin yayında "Sent-Etyenn"dən transfer edib. Fransa millisinin üzvü olan 22 yaşlı arxa xətt oyunçusu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi