"Milan" qapıçısı Antonio Miranteni komandada saxlayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “rossonyerlər” 39 yaşlı qapıçı ilə müqavilə müddətini uzadıb.
Yeni müqaviləyə əsasən təcrübəli qolkiper 2024-cü il iyunun 30-na qədər İtaliya klubuna məxsus olacaq.
“Yuventus”, “Krotone”, “Siena”, “Sampdoriya”, “Parma”, “Bolonya”, “Roma”nın qapısını qoruduqdan sonra 2021-ci ildə “Milan”a keçib.
saytlarin hazirlanmasi