Azərbaycan millisi Litvaya qarşı

11:49 - 8 İyul 2023

Bakıda çimərlik futbolu üzrə DÇ-2023-ün Avropa zonasının seçmə mərhələ matçları keçirilir.

Sportal.az xəbər verir ki, A qrupunda sonuncu yeri tutan Azərbaycan millisi bu gün 13-16-cı yerlər uğrunda görüş keçirəcək.

Millinin rəqibi Litva ilə qarşılaşacaq. Qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bundan əvvəl Moldova (1:3), Estoniya (4:7) və İtaliyaya (2:3) məğlub olmuşdu.

Azərbaycan: Vaqif Şirinbəyov, Amid Nəzərov, Orxan Məmmədov, Cömərd Baxşəliyev, Sabir Allahquliyev, Elçin Qasımov, Rafiq Kərimov, Elşad Manafov, İsa Zeynallı, Fuad Hüseynov, Ramil Əliyev, Kamran Qürbətov, Hüseyn Axundov, Tural Qürbətov.

Xəbər xətti