"İnter"in hücumçusu Samuele Mulattyeri iş yerini dəyişib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "nerazzura"nın forvardı "Sassuola"da oynayacaq. O, adıçəkilən kluba bir illik icarəyə verilib.
22 yaşlı hücumçu ötən mövsümü icarə əsasında "Frosinone"də keçirib.
"Speziya" yetirməsi olan forvard “Krotone”, “Volendam” klublarında da oynayıb.
saytlarin hazirlanmasi