"Tottenhem"in futbolçusu İvan Perişiç vətəninə qayıtmaq niyyətindədir.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu London klubundan ayrılaraq "Hayduk"a keçmək istəyir.
Buna səbəb isə onun Split klubunu xərcə salmamaq fikrində olmasıdır.
Perişiçin “Tottenhem”lə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. Xorvat “Hayduk”un yetirməsidir. O, məhz Split klubundan ayrıldıqdan sonra “Soşo”, “Rozelar”, “Brügge”, “Borussiya”(Dortmund), “Volfsburq”, “İnter”, “Bavariya” klublarında oynayıb.