"Mançester Yunayted"lə müqaviləsi başa çatan David De Xea gələcəyi barədə qərar qəbul edib.
Sportal.az xəbər verir ki, ispaniyalı qolkiper "qırmızı şeytanlar"ı tərk edib. 32 yaşlı "əlcək sahibi" sosial şəbəkə hesabında etdiyi paylaşınla klub və azarkeşlərlə vidalaşıb.
Qeyd edək ki, "Mançester Yunayted" David De Xeanı 2011-ci ilin yayında "Atletiko"dan transfer etmişdi. Təcrübəli futbolçu Premyer liqa təmsilçisinin heyətində 545 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi