Millimiz İsveçrəni məğlub etdi

16:55 - 9 İyul 2023

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib. 

Sportal.az xəbər verir ki, “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-cü yer uğrunda İsveçrə yığması ilə oyun 6:6 hesabı ilə nəticələnib. 

Penalti seriyasını daha dəqiq yerinə yetirən millimiz yekunda 5:4 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını hərəyə iki dəfə Elşad Manafovla Ramil Əliyev və Orxan Məmmədovla, Comərd Baxşəliyev vurublar.

Xəbər xətti