Premyer Liqa klubu iki futbolçunun müqaviləsini uzatdı

18:22 - 9 İyul 2023

İngiltərənin "Nyukasl" klubunda iki yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Loris Karius və Pol Dammetin sözləşməsinin müddətini uzadıb. Bu barədə "sağsağanlar"ın mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu 2023/2024 mövsümünün sonuna kimi komandada qalacaq.

Qeyd edək ki, "Nyukasl" Pol Dammeti 2013-cü ilin yayında "Sent Mirren"dən transfer edib. Lorus Karius isə ötən ilin sentyabr ayından "ağ-qara" formanı geyinir.

Xəbər xətti