"Bavariya" İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyni transfer etmək istəyir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, münhenlilər təcrübəli forvard üçün 80 milyon avro və əlavə bonuslar təklif edib.
"Bavariya"nın ilkin təklifini xeyli yaxşılaşdırdığı və "Tottenhem"lə razılığa yaxın olduğu bildirilir.
Xatırladaq ki, İngiltərə təmsilçisi bir müddət əvvəl Almaniya nəhənginin Keyn üçün 70 milyon avroluq təklifini rədd etmişdi. Keynin özü isə "Bavariya"da oynamaq istəyir.
2022/2023 mövsümündə Keyn İngiltərə Premyer Liqasında 38 oyun keçirib, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2011-ci ildən “Tottenhem”in formasını geyinir.
saytlarin hazirlanmasi