"Yuventus" rəsmiləri Leonardo Bonuççi ilə yola davam etmək haqda düşünmür.
Sportal.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, "qoca sinyora"nın belə qərar verməsinin əsas səbəbi italyan futbolçunun yüksək maaş almasıdır.
Turin klubunun baş məşqçisi Massimiliano Alleqri rəhbərliyə Bonuççini əsas oyunçu kimi görünmədiyini bildirib. 36 yaşlı müdafiəçinin Andrea Pirlonun rəhbərlik etdiyi "Sampdoriya"ya keçəcəyi gözlənilir. Komanda hazırda təcrübəli futbolçu axtarışındadır. Genuya təmsilçisinin məqsədi A Seriyasına geri qayıtmaqdır.
Bonuççi 12 ildir "Yuventus"da çıxış edir (2017/2018 mövsümündə "Milan"da çıxış edib). İtaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 26 oyun keçirərək, 2 qol vurub. Futbolçunun Turin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
saytlarin hazirlanmasi