"Şaxtyor" və Ukraynanın U-21 yığmasının 21 yaşlı qapıçısı Anatoli Trubinə “İnter”dən təklif gəlib.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, Donetsk klubu qolkiper onun üçün daha çox pul istəyib.
"Şaxtyor" Trubinə görə "nerazzura"dan 35 milyon avro tələb edib. Onun Ukrayna klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
İtaliya nəhəngi Trubin üçün maksimum 10-12 milyon avro transfer məbləği ödəyə biləcəyini ukraynalılara bildirib. Hazırda danışıqlar davam edir.
2022/2023 mövsümündə Trubin "Şaxtyor"un heyətində bütün yarışlarda 32 oyun keçirib.