"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr komandada qalsa, kapitanlıqdan məhrum ediləcək.
Sportal.az “Goal”a istinadən xəbər verir ki, Erik ten Haq ingilisi gələn mövsüm komandanın kapitanı kimi görmür.
30 yaşlı futbolçu çox güman ki, yayda komandadan göndəriləcək. 2019-cu ilin yayında “Lester”dən 87 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçmiş futbolçu bu müddət ərzində 175 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib. Tərəflər arasında müqavilə iki mövsümdən sonra başa çatır. Futbolçu özünə yeni komanda tapa bilməsə, Mançester klubunda qalacaq. Lakin kapitanlıq sarğısı ondan alınacaq.
saytlarin hazirlanmasi