"Yuventus" Poqbanı satmaq istəyir

20:53 - 11 İyul 2023

İtaliyanın "Yuventus" klubu Pol Poqba ilə yollarını ayırmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi fransalı yarımmüdafiəçinin qiymətini müəyyənləşdirib. "Qoca Sinyora" 30 yaşlı orta xətt oyunçusunu 10 milyon avroya satmağa hazırdır. Bu barədə "La Gazzetda Dello Sports" nəşri məlumat yayıb.

Qeyd edək ki, Pol Poqba ötən ilin yayında "Mançester Yunayted"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçmişdi. Təcrübəli futbolçu ötən mövsümdə meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti