"Çelsi" "Ayntraxt"ın forvardı Randal Kolo-Muanini transfer etməyə çalışır.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, "zadəganlar" fransalı hücumçunun transferi üçün Frankfurt klubuna müraciət edib.
Amma almanlar onu bu yay deyil, gələn yay satmağı düşündüklərini bildiriblər. "Mançester Yunayted"in də maraqlandığı Kolo-Muani özü Londonda yaşamaq istəyir.
24 yaşlı futbolçu başa çatan mövsümdə "Ayntraxt"ın heyətində 46 matç keçirib, 23 qol vurub və 17 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi