İtaliyanın "İnter" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi qapıçı Samir handanoviçlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi 38 yaşlı sloveniyalı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırmayıb.
Qeyd edək ki, "İnter" Samir Handanoviçi 2012-ci ilin yayında "Udineze"dən transfer etmişdi. Təcrübəli "əlcək sahibi" komandanın hehyətində 455 rəsmi matçda meydana çıxıb. Kapitan bir dəfə İtaliya çempionatının, 2 dəfə ölkə kubokunun, 2 dəfə isə Super Kubokun qalibi olub.
saytlarin hazirlanmasi