"Liverpul"u Səudiyyə Ərəbistanı klubuna dəyişməyə yaxındır

17:11 - 13 İyul 2023

"Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az “Daily Telegraph”a istinadən xəbər verir ki, futbolçuya iki klubdan təklif gəlib. Onun xidmətində “Əl-İttifaq”ın daha çox maraqlı olduğu bildirilir.

Adıçəkilən klubun baş məşqçisi “Liverpul”un veteran futbolçusu Stiven Cerrarddır. 43 yaşlı mütəxəssisin sabiq komanda yoldaşını Səudiyyə Ərəbistanı klubunda sərəncamında görmək istəyir.

Qeyd edək ki, Henderson 2021-ci ildə "Liverpul"la müqavilə müddətini 4 illik uzadıb.
 

Xəbər xətti