"Liverpul" müdafiəçisini icarəyə verdi

09:44 - 14 İyul 2023

"Liverpul" müdafiəçisi Sepp van den Berqi icarəyə göndərib.

Sportal.az xəbər verir ki, niderlandlı müdafiəçi "Maynts"da oynayacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərkəz müdafiəçisi qarşıdakı bir ili Bundesliqa təmsilçisinin heyətində keçiriəcək. 

"Zvolle" yetirməsi olan Berq 2019-cu ilin yayında "Liverpul"a keçib. O, "Preston" və "Şalke" klublarında da icarədə oynayıb. 

Xəbər xətti