"Napoli"ni "Latsio"ya dəyişəcək

15:31 - 17 İyul 2023

Polşa millisinin və “Napoli”nin yarımmüdafiəçisi Pyotr Zelinski İtaliyada iş yerini dəyişəcək.

Sportal.az “II Tempo”ya istinadən xəbər verir ki, polşalıya “Latsio”dan təklif gəlib.

Belə ki, “qartallar” komandadan ayrılan Sergey Milinkoviç-Saviçin yerinə yeni mərkəz yarımmüdafiəçisi axtarışlarını davam etdirir. Romalılar həmin mövqe üçün Zielinskini dəvət etməyi düşünür. 

“Napoli” isə yarımmüdafiəçini 30 milyon avrodan aşağı qiymətə buraxmaq fikrində deyil.

Xəbər xətti