İtaliyanın "Roma" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Stefan El Şaaravinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü 2025-ci ilin yayına kimi A Seriyası təmsilçisində qalacaq.
Qeyd edək ki, "Roma" Stefan El Şaaravini 2021-ci ilin yanvar ayında Çinin "Şanxay Şenua" klubundan transfer edib. 30 yaşlı vinger son mövsümdə komandanın heyətində meydana çıxdığı 42 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi