"Çelsi"də şok itki: Uzun müddət oynamayacaq

19:52 - 18 İyul 2023

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Vesle Fofana sıradan çıxıb. 22 yaşlı arxa xətt oyunçusunun diz çarpaz bağları qopub.

Fransa millisinin üzvü əməliyyat olunub. Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, "Çelsi" Vesle Fofananı ötən ilin avqust ayında "Lester Siti"dən transfer edib. O, "mavilər"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti