Azərbaycan yığması bu gün final matçına çıxacaq

10:44 - 23 İyul 2023

Andorrada qızlar arasında basketbol üzrə Avropa çempionatının (U-16) C divizionunun oyunları başa çatmaq üzrədir.

Sportal.az xəbər verir ki, Azərbaycan yığması bu gün Andorra ilə final matçına çıxacaq.

21:30 Andorra – Azərbaycan 

Millimiz bundan əvvəl qrupda Andorra (64:50), Moldovaya (78:55) və Albaniyaya (69:64), yarımfinalda isə Gürcüstana (74:72) qalib gəlib.
 

Xəbər xətti