Millimizin Səudiyyə Ərəbistanı ilə matçlar üçün heyəti açıqlandı

20:25 - 24 İyul 2023

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.

Sportal.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Səudiyyə Ərəbistanı yığma komandası ilə 4 yoldaşlıq oyunu keçirəcək.

Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında keçiriləcək oyunlar 25, 26, 28, və 29 iyulda təşkil olunacaq. Oyunlar 18:00-da başlayacaq. 

Hazırlıq prosesinə cəlb olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Qapıçılar:

Elçin Qasımov

Vaqif Şirinbəyov

Rafiq Kərimov

Oyunçular:

Comərd Baxşəliyev

Elşad Manafov

Orxan Məmmədov

Fuad Hüseynov

Bayram Paşazadə

İsa Zeynallı

Sabir Allahquliyev

Ramil Əliyev

Tural Qurbatov

Kamran Qürbətov

Amid Nəzərov

Xəbər xətti