Millimiz Andorranı məğlub etdi

18:09 - 5 Avqust 2023

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda ikinci oyununa çıxıb.

Sportal.az xəbər verir ki, milli Andorra ilə qarşılaşıb. Görüş Azərbaycan yığmasının 81:55 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan millisinin növbəti rəqibi San Marino olacaq. Oyun sabah keçiriləcək.

Xəbər xətti