Millimiz Birləşmiş Ərəb Əmirliklərini məğlub etdi

18:40 - 7 Avqust 2023

Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri yığması ilə qarşılaşan millimiz 7:3 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını İsa Zeynallı, Ramil Əliyev, Elçin Qasımov, Orxan Məmmədov və Elşad Manafov vurub.

Millimiz turnirdə növbəti oyununu sabah saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Xəbər xətti