İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Kristofer Nkunku sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dizindən zədələnən 25 yaşlı vinger əməliyyat olunub. Fransa millisinin üzvü ən azı 4 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu yay transfer pəncərəsi zamanı "Leyptsiq"dən transfer edib.
saytlarin hazirlanmasi