Millimiz növbəti qələbəsini qazandı

19:26 - 8 Avqust 2023

Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Özbəkistan yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun dubl etdiyi oyunda komandamızın digər qolunu Sabir Allahquliyev vurub.

Millimiz sabah saat 16:30-da 5-ci yer uğrunda oyunda Misir yığması ilə üz-üzə gələcək.

Xəbər xətti