İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini tutduğu postdan istefa verib.
Sportal.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Federasiyanın 58 yaşlı mütəxəssisin istefasını qəbul edib-etmədiyi haqda məlumat yoxdur.
Qeyd edək ki, Roberto Mançini 2018-ci ilin may ayından İtaliya yığmasını çalışdırır. Komanda onun rəhbərliyi altında Avro-2020-nin qalibi olub.
saytlarin hazirlanmasi