"Mançester Siti"nin zədəli futbolçusu Kevin De Brüynenin durumu bəlli olub.
Sportal.az xəbər verir ki, Premyer Liqanın ilk turunun "Börnli" ilə matçında (3:0) sıradan çıxan belçikalı yarımmüdafiəçininin zədəsi ciddidir.
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 32 yaşlı futbolçunun son durumu haqda məlumat verib. İspan mütəxəssis təcrübəli oyunçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, "Mançester Siti" 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 358 rəsmi matçda 96 qol və 153 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi