Millimizin Estoniya ilə matçının məkanı açıqlandı

16:26 - 16 Avqust 2023

Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu il oktyabrın 13-də keçiriləcək Estoniya - Azərbaycan oyunu Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti