Millimizin Kipr və Monteneqro ilə oyunlarının vaxtı bəlli oldu

15:57 - 17 Avqust 2023

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.

Sportal.az xəbər verir ki, sentyabrın 22-də, saat 17:00-da Kipr yığmasına qarşı oyun “Dalğa Arena”da, sentyabrın 26-da, saat 20:00-da səfərdə Monteneqro yığmasına qarşı matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.

Xəbər xətti