Millimiz Bosniya və Herseqovinaya penaltilərdə uduzdu

21:24 - 22 Avqust 2023

Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 0:0.

Əsasnaməyə əsasən, qalibi müəyyən etmək üçün penaltilər seriyası təşkil olunub. Penaltiləri daha dəqiq yerinə yetirən rəqib komanda yekunda 3:2 hesablı qələbə qazanıb.

Millimiz turnirdə növbəti oyununu avqustun 24-də estoniyalı yaşıdlarına qarşı keçirəcək.

Xəbər xətti