Millimiz I Liqa klubuna uduzdu

16:15 - 24 Avqust 2023

Bakıda seleksiya xarakterli təlim-məşq toplanışını yekunlaşdıran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi “İmişli” klubu ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. U-19-un heyətində Yaqub Yusubov və İbrahim İbrahimli fərqlənib.

Xatırladaq ki, millimiz ilk oyunda MOİK klubu ilə 2:2 hesablı heç-heçə etmişdi.

Xəbər xətti