Daha bir tanınmış futbol adamı Səudiyyə Ərəbistanında çalışmağa yaxındır.
Sportal.az xəbər verir ki, "Çelsi"nin sabiq futbolçusu, hazırda isə klubun akademiyasında çalışan Con Teri Asiyanın yolunu tutmağa hazırlaşır.
"ƏI-Şabab" klubu ingilis mütəxəssisə 2 illik müqavilə təklif edib. 43 yaşlı məşqçi ərəblərin təklifinə isti yanaşır. Təyinatın yaxşı günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2019-cu ildə futbolçu karyerasını başa vuran Con Teri "Çelsi"dən başqa "Aston Villa" və "Lester Siti"nin də akademiyasında məşqçi kimi işləyib.
saytlarin hazirlanmasi